“Döyüşlərin dayandırılması üçün Paşinyana müraciət etdim” - Arutyunyan

 “Döyüşlərin dayandırılması üçün Paşinyana müraciət etdim” -  Arutyunyan
  13 Noyabr 2020    Oxunub:1878
“Mən Ermənistanın baş nazirinə hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciət etdiyimi bir daha təsdiqləyirəm”.
Azvision.az xəbər verir ki, bunu Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan deyib. O etiraf edib ki, silahlı qüvvələrin komandanlığı hərbi imkanları nəzərə alaraq, döyüşlərin dayandırılmasının zərurət olduğunu bəyan edib.

“Müharibənin davam etməsi daha çox insan və ərazi itkilərinə, o cümlədən Xankəndinin süqutuna, digər şəhərlərin, kəndlərin və minlərlə hərbçinin blokadasına gətirib çıxaracaqdı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   AraikArutyunyan  





Xəbər lenti