“Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz” - Spiker

  13 Noyabr 2020    Oxunub : 1422
 “Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz” -    Spiker
Biz əminik ki, Azərbaycan Prezidenti ermənilərin dağıtdığı ərazilərimizdə bərpa işlərini aparacaq və Qarabağ əhalisi öz ata yurdlarına geri qayıdacaq.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Spiker qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq: "Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz. Biz bu qələbəni Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Qarabağ Azərbaycandır!".

MM sədri, həmçinin vurğulayıb ki, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl gərək güzgüdə özlərinə baxsınlar.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis