Ermənilər Kəlbəcərdə evləri belə yandırdı - VİDEO

 Ermənilər Kəlbəcərdə evləri belə yandırdı -  VİDEO
  13 Noyabr 2020    Oxunub:3257
Azərbaycanın Kəlbəcər rayonunu tərk edən ermənilər evlərini yandırır.

Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri və xarici media yazıb, sosial şəbəkələrdə videogörüntülər yayımlanıb. Qeyd edilib ki, ermənilər ev əşyalarını, mebel və heyvanları özləri ilə götürdükdən sonra evlərə od vururlar.
Videoda deyilir ki, onlar əmlaklarını Azərbaycana təhvil verməmək üçün yandırırlar.

Qeyd edək ki, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanat qəbul edilib. Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın Azərbaycana geri qaytarılacaq. Şuşa da daxil olmaqla hərbi əməliyyatlar zamanı işğaldan azad edilən ərazilər qorunacaq. Razılaşma çərçivəsində tərəflər hərbi əsirlər və cəsədlərin mübadiləsini həyata keçirəcəklər.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   Kəlbəcər  





Xəbər lenti