Deputat Polad Bülbüloğlunu sərt tənqid etdi

   Deputat Polad Bülbüloğlunu sərt tənqid etdi
  13 Noyabr 2020    Oxunub:1870
Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, belə insalar artıq Azərbaycan siyasətində qala bilməzlər: "Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti