“Paşinyanın ləyaqəti olsaydı, intihar edərdi” - Erməni şahmatçı

  “Paşinyanın ləyaqəti olsaydı, intihar edərdi” -  Erməni şahmatçı
  13 Noyabr 2020    Oxunub:2363
Ermənistanın qadınlardan ibarət şahmat millisinin üzvü Lilit Mkrtçyan ölkəsinin düşdüyü hazırkı durum barədə sərt ifadələr işlədib.
Azvision.az xəbər verir ki, şahmatçı hakimiyyətdə olanları səbatsızlıqda günahlandırıb:

“Əvvəla, belə bir vəziyyətə düşməməli idik. Danışıqlarda 5 + 2 variantının masada olduğunu bildiyiniz zaman bir qarış torpaq verməyəcəyinizi söylədiniz. Üstəlik, sonradan xoş səslənən fikir - "yeni müharibə, yeni ərazilər" düsturu açıqlandı. O zaman ordunun müharibəyə hazır olmadığını bilmirdikmi? Yeni əraziləri necə işğal edəcəydik? Həlledici bir məqamda çox ciddi səhvlərə yol verən liderin (baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red) ləyaqəti olsaydı, bu faciədən sonra nəinki istefa edərdi, həm də intihar edərdi. Hamımız dəlilik ərəfəsindəyik".

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti