Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 8 təyyarə göndərildi

 Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 8 təyyarə göndərildi
  13 Noyabr 2020    Oxunub:1895
Rusiyadan göyərtəsində sülhməramlıların olduğu daha 8 təyyarə Dağlıq Qarabağa yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirliyin yaydığı məlumata görə, sülhməramlıların olduğu 8 “İl-76” təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola salınıb. Təyyarə Ermənistandakı aerodroma 10-dan çox ağır nəqliyyat vasitəsi və 100-dən çox hərbi qulluqçu çatdıracaq.

Ümumilikdə Rusiyadan 42 təyyarə artıq bölgəyə yollanıb.

Azvision.az


Teqlər: Sülhməramlı   Rusiya   Qarabağ  





Xəbər lenti