Ermənilər etiraz edir: “Paşinyan bizi aldatdı!”

Ermənilər etiraz edir:  “Paşinyan bizi aldatdı!”
  13 Noyabr 2020    Oxunub:3968
Xankəndi şəhəri yaxınlığında silahlar susdu, indi İrəvan qəzəbdən vurnuxur. Etirazçılar Rusiya, Azərbaycan və Ermənistan liderləri arasındakı üçtərəfli razılaşmanı xəyanət adlandırırlar. Tənqidlərin əsas hədəfi baş nazir Nikol Paşinyandır. Onun sözlərinə görə, cəbhədə Qarabağ üçün fəlakətli hərbi vəziyyət yaranıb və insanlar bunda kimin günahkar olduğunu aydınlaşdırmaq istəyirlər.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.

Razılaşmaya əsasən, rus sülhməramlıları bölgəyə daxil olular və döyüşən tərəflər mövcud olduqları mövqedə qaldılar. Bundan əlavə, üç bölgə Bakının nəzarətinə veriləcək.

Paşinyan etiraf etdi ki, erməni qüvvələri özlərindən çox üstün olan düşmənə qarşı vuruşdu. Ancaq İrəvan küçələrində özünə haqq qazandırmaq qəbul edilmir. Baş nazirin çətin vəziyyətdə başqa bir seçiminin olmadığı fikri şiddətlə qarşılanır.

"Seçim var idi! Paşinyan Ermənistanın döyüşən bir ölkə kimi tanınmasına deyil, dünyada bizə qarşı soyuq münasibət bəslənməsinə nail oldu”, - deyə əlində bayraq tutmuş qadın qışqırır.

İki il əvvəl Paşinyanla bağlı xülyaların hara getdiyi sualı da emosiyalar fırtınasına səbəb olur.

"Biz bilmirdik! Onu seçmədik! Onun üçün yalnız Rusiyapərəst təşkilatların kiçik bir fəal kütləsi var idi",- etirazçılar qışqırırlar. Ümumiyyətlə, onlar haqlıdırlar: Ermənistanda baş nazir parlament tərəfindən seçilir, əhali partiyalara səs verir. "Bizi aldatdılar!".

Erməni siyasi şərhçi Ayk Xalyatyan hesab edir ki, müxaliflərin həbsi baş nazirin hakimiyyətdə qalmasına çətin ki, kömək edə.

"İndi Paşinyan məsuliyyəti ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün heç bir iş görməmiş və korrupsiyaya batmış köhnə elitaların üzərinə atmağa çalışır. Baş nazirə elə gəlir ki, xalqın oliqarxları və korrupsionerləri rədd etməsi onun mövqeyini gücləndirir. Amma bu belə deyil”, - ekspert deyib.

2018-ci ildə küçə onun problemləri həll edəcəyinə ümid edirdi. İndi eyni küçə onu qovmaq niyyətindədir. Hətta o, önümüzdəki günlərdə hakimiyyətdə qalsa da, siyasi karyerası bitəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti