Cəbhəyanı bölgələrdə onlayn tədris bərpa olunacaq

Cəbhəyanı bölgələrdə onlayn tədris bərpa olunacaq
  13 Noyabr 2020    Oxunub:1388
"Hərbi vəziyyətlə əlaqədar ölkə üzrə internetə çıxışa məhdudiyyət aradan qaldırılsa da, cəbhəyanı 7 bölgədə bu məhdudiyyət qalır”
Azvision.az xəbər verir ki, bunu “Məsafədən təhsildə yeni reallıqlar” mövzusunda müzakirədə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov deyib.

O qeyd edib ki, bu ərazilərdə internet provayderlər və mobil operatorlar öz fəaliyyətlərini tədricən bərpa edirlər: “Növbəti həftədə cəbhəyanı bölgələrin şagirdləri üçün də onlayn tədris bərpa olunacaq”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Onlayn-dərs  





Xəbər lenti