Fəxrəddin Abbasov intihar edib - RƏSMİ

  13 Noyabr 2020    Oxunub : 2183
  Fəxrəddin Abbasov intihar edib -    RƏSMİ
9 noyabr 2020-ci il tarixdə Penitensiar xidmətin Həbsxanasında cəza çəkən məhkum Fəxrəddin Abbasov saxlanıldığı kamerada intihara cəhd etmiş, Həbsxana əməkdaşları tərəfindən dərhal müəssisənin tibb-sanitariya hissəsinə keçirilmişdir. İlkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Penitensiar Xidmətdən Azvision.az -a verilən məlumata görə, o, həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb:

"Qeyd ediliməlidir ki, F.Abbasov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək dövlətə xəyanət etdiyinə, ölkəmizin ərazi bütövlüyünə qarşı, milli ədavətin qızışdırılmasına yönəlmiş cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrum edilib. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır".

Azvision.az

Teqlər: Penitensiar-Xidmət