İTV Qarabağ bürosunu Şuşada açacaq

İTV Qarabağ bürosunu Şuşada açacaq
  13 Noyabr 2020    Oxunub:1724
İctimai Televiziya və Radio Yayımları Şirkəti “İctimai televiziya və radio yayımları haqqında” Azərbaycan Respublikasının qanununun 6.0.1 (özünün yayım xidmətlərini yaratmaq) və 6.0.4 (ölkə ərazisində və xaricdə özünün müxbir məntəqələrini, filial və nümayəndəliklərini açmaq) maddəsinə əsaslanaraq, mərkəzi Şuşa şəhərində olmaqla Qarabağ bürosunun açılması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

"Bununla bağlı olaraq bildiririk ki, müharibədən sonrakı vəziyyət imkan verən kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabağ bürosu öz fəaliyyətinə başlayacaq", - deyə məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: İTV   Şuşa  





Xəbər lenti