Noyabr ayı üzrə bütün pensiyalar ödənilib

Noyabr ayı üzrə bütün pensiyalar ödənilib
  13 Noyabr 2020    Oxunub:3452
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırıb.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSM) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, DSMF tərəfindən noyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. Dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də noyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları bu ayın 6-da ödənilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Pensiya  





Xəbər lenti