“Ermənistan tərəfindən 30 mindən artıq mərmi atılıb” - Hikmət Hacıyev

  13 Noyabr 2020    Oxunub : 1664
 “Ermənistan tərəfindən 30 mindən artıq mərmi atılıb” -    Hikmət Hacıyev
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində ölkəmizin mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərinə məqsədyönlü şəkildə 30 mindən çox mərmi atılıb.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev