Beynəlxalq təşkilatlar Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsinə cəlb olunacaq

 Beynəlxalq təşkilatlar Ermənistanın vurduğu ziyanın qiymətləndirilməsinə cəlb olunacaq
  13 Noyabr 2020    Oxunub:1938
Ermənistan silahlı qüvvələri yalnız cəbhə bölgəsindəki mülki əhalini və obyektləri deyil, cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ermənilərin vandal və barbar əməlləri nəticəsində 90-dan çox mülki vətəndaşımız həlak olub, 400-dən artıq vətəndaşımız yaralanıb.

Hikmət Hacıyev qeyd edib ki, sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticə əsasında əldə ediləcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq: "Bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək".

Azvision.az



Teqlər: HikmətHacıyev  





Xəbər lenti