Ermənilər 50-dən çox məktəbə ziyan vurub

  Ermənilər 50-dən çox məktəbə ziyan vurub
  13 Noyabr 2020    Oxunub:2781
Ermənistanın hərbi təxribatı nəticəsində 50-dən çox məktəb binasına ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəblərin, uşaq bağçalarının hədəfə alınması və bombalanması ən ağır cinayətlər hesab edilir.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti