Putin Qarabağla bağlı humanitar mərkəz yaratdı

 Putin Qarabağla bağlı humanitar mərkəz yaratdı
  14 Noyabr 2020    Oxunub:2252
Rusiya Prezidenti Vladimir Putin Qarabağla bağlı Humanitar Yardım Mərkəzinin yaradılması barədə fərman imzalayıb.
Azvision.az -ın məlumatına görə, fərmanda bildirilib ki, Humanitar Yardım Mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Mərkəzin humanitar məsələlərin həllinə və Qarabağda mülki infrastrukturun bərpasına kömək məqsədilə yaradıldığı qeyd olunub. Təşkilati məsələlər Rusiya Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti