Dünyada yenidən rekord yoluxma qeydə alındı

   Dünyada yenidən rekord yoluxma qeydə alındı
  14 Noyabr 2020    Oxunub:1994
Dündaya son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, son sutkada 628 136 nəfərdə yoluxma halı aşkarlanıb, 9623 pasiyent dünyasını dəyişib.

"Worldometers" saytında yer alan məlumata görə, dünyada yeni növ koronavirusa yoluxanların sayı 53 492 384, pandemiya qurbanlarının sayı 1 305 895 nəfərə çatıb. İndiyədək 37 392 937 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Hazırda 108 887 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti