Paşinyandan Şuşa açıqlaması: “İki dəfə cəhd etdik, uğursuz oldu”

 Paşinyandan Şuşa açıqlaması:    “İki dəfə cəhd etdik, uğursuz oldu”
  14 Noyabr 2020    Oxunub:2337
Şuşanı qaytarmaq üçün iki dəfə cəhd etdik, lakin ikisi də uğursuz oldu.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

"Şuşanın itirilməsini biləndə mənə 50 döyüşçümüzün orada olması barədə məlumat verildi. Məlumat verən şəxslə əlaqə qurmağı xahiş etdim. Sonra onun Şuşada deyil, Xankəndidə olduğu məlum oldu", - deyə Paşinyan Şuşanın itirilməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Azvision.az


Teqlər: Paşinyan   Şuşa  





Xəbər lenti