Evlənmək istəyən 58 nəfərdə sifilis və QİÇS aşkarlandı

Evlənmək istəyən 58 nəfərdə sifilis və QİÇS aşkarlandı
  14 Noyabr 2020    Oxunub:2160
2020-ci ilin oktyabr ayında evlənmək istəyən 5326 nəfər tibbi müayinədən keçib. Götürülən qan nümunələrinə əsasən, 157 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, evlənmək üçün müayinədən keçən 49 nəfərdə sifilis, 9 nəfərdə isə HİV (QİÇS) müəyyən edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nikah   Müayinə  





Xəbər lenti