“Gözümüzün önündə minlərlə itkini gizlədirlər” - Erməni ekspert

 “Gözümüzün önündə minlərlə itkini gizlədirlər” -  Erməni ekspert
  14 Noyabr 2020    Oxunub:3799
Ermənistanda Qarabağ döyüşlərində ölmüş hərbçilərin sayının gizlədilməsi məsələsi yenidən gündəmə gəlib. Ekspert Anjela Elibekova bildirib ki, itkilərin sayı çox olsa da, rəsmi qurumları statistikanı açıqlamaq istəmir.
Azvision.az -ın məlumatına görə, erməni ekspert morqlardakı vəziyyətə diqqət çəkərək deyib:

“İndi özünüzə sual verin, ordudakı ölü və yaralılarımızın həqiqi sayını bilirsinizmi? Morqların gerçək mənzərəsini bilirsinizmi? Ümumilikdə, insan itkilərimizin əsl mənzərəsindən xəbəriniz varmı? Bəs xəstəxanalarda nə baş verdiyini görürsünüzmü? Mövcud ölü siyahısından çıxarılan yüzlərlə əsgər adından xəbəriniz var?

21-ci əsrdə başqa ölkələrdə bir neçə min itkini gizlətməyin mümkün olmadığını düşündüyünüz zaman, bu məlumatlar gözümüzün qarşısında gizlədilir. Bu gün şam yandırın, onların xatirələrinə hörmət edin”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti