Sabahdan hava şəraiti kəskin dəyişəcək

   Sabahdan hava şəraiti kəskin dəyişəcək
  14 Noyabr 2020    Oxunub:5799
Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i axşamdan 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, sabah axşamdan Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Havanın temperaturu tədricən 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur. Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Azvision.az



Teqlər: Hava   Qar  





Xəbər lenti