Evini qanunsuz tərk edən koronaviruslu xəstələr saxlanıldı

Evini qanunsuz tərk edən koronaviruslu xəstələr saxlanıldı
  14 Noyabr 2020    Oxunub:1531
Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş daha iki nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 12-də Quba şəhəri ərazisində qurulan karantin postunda koronavirus infeksiyasına yoluxan və yaşadığı evi tərk edən Gültəpə kənd sakinləri C. Mustafayev və G. Mustafayeva saxlanılıb.

Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək rayon ərazisindəki koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Azvision.az



Teqlər: DİN   COVID-19  





Xəbər lenti