Abşeron sakini 1 kq heroinlə tutuldu

  14 Noyabr 2020    Oxunub : 830
Abşeron sakini 1 kq heroinlə tutuldu
Abşeron rayonu sakinindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Səbail rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini E. İbrahimov saxlanılıb və ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik