Tərtərə dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb
Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov bildirib ki, ilkin məlumata görə, Tərtər rayonunun 40 yaşayış məntəqəsində 2000-ə yaxın subyektə ziyan dəyib:
"Ola bilər ki, ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin sayı artsın. Tərtər rayonunda üç işçi qrup fəaliyyət göstərir. Noyabrın 13-də 60-dan çox obyektə baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Sərəncama əsasən qiymətləndirmə işləri dekabrın 10-dək yekunlaşmalıdır".
Azvision.az
Teqlər: Tərtər