“Ermənistan müharibəyə hazır deyildi” - Rusiyalı hərbi ekspert

 “Ermənistan müharibəyə hazır deyildi” -  Rusiyalı hərbi ekspert
  14 Noyabr 2020    Oxunub:2236
Qarabağdakı müharibənin nəticəsinə bir sıra amillər, ilk növbədə Ermənistanla Azərbaycan arasındakı resurslar baxımından böyük fərq səbəb oldu.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vasili Kaşin deyib. Onun sözlərinə görə, ötən 20 il ərzində Ermənistanın hərbi xərclərini Azərbaycanın xərcləri ilə müqayisə etsək, dollarla bu, 3,5-4 dəfə azdır. Bu isə Azərbaycanın istifadə etdiyi müəyyən növ silahların alınmasını Ermənistan üçün mümkünsüz etdi.

"Boşluğun bir hissəsi diqqətlə planlaşdırma və daxili mənbələrin səfərbər edilməsi ilə aradan qaldırıla bilərdi, amma bu, baş vermədi. Ən azı 2016-cı ildən bəri bölgədəki hərbi qüvvələrin balansını müşahidə edənlərin hamısı Azərbaycanın silah məsələsində olduqca üstünlüyünü vurğuladılar. Yəqin ki, o vaxtdan etibarən nəyin bahasına olursa-olsun kompromisə nail olmaq, müharibədən uzaqlaşmaq üçün bəzi təcili tədbirlər görmək və ya bütün qüvvələrin maksimum səfərbərliyinə, hazırlığına başlamaq lazım idi".

Kaşin deyib ki, son iki-üç ildə müharibə ciddi təhlükəyə çevrilmişdi, azərbaycanlılar son hazırlıq mərhələsində idilər, Ermənistanın da bütün diqqəti hərbi hazırlıqlara yönəldilməli idi. Ancaq Ermənistanın müharibəyə hazır olmadığı ortaya çıxdı, bu səhv hərbi-texniki siyasətdə, özlərini doğrultmayan texnikalara pul israfında əks olundu. Bu da müdafiə xəttlərinin zəif mühəndis hazırlığı ilə nəticələndi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Müharibə   Ermənistan   Azərbaycan  





Xəbər lenti