Füzulidə iki qardaş minaya düşdü, biri öldü

 Füzulidə iki qardaş minaya düşdü, biri öldü
  14 Noyabr 2020    Oxunub:2655
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirirlər.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, noyabrın 14-də saat 17 radələrində Azərbaycan Respublikasının vətəndaşları 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cü il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşüblər. Nəticədə Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Azvision.az


Teqlər: Prokurorluq   Füzuli   Mina  





Xəbər lenti