Kəlbəcərdən köç: 27 il əvvəl və indi - MÜQAYİSƏLİ VİDEO

     Kəlbəcərdən köç:   27 il əvvəl və indi -    MÜQAYİSƏLİ VİDEO
  14 Noyabr 2020    Oxunub:5980
Məlum olduğu kimi, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. İlk növbədə Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycanın nəzarətinə veriləcək.
Azvision.az -ın məlumatına görə, Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnamənin yerinə yetirilməsi deməkdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi.



Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun 1993-cü ildə işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlamışdı.

Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla əşyalarını götürür, hətta evlərin dam örtüyü, pəncərə çərçivələri və unitazlarına qədər çıxarıb aparırlar. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər - 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər.



Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırdı. Lakin erməni tərəfi işğal zamanı bunların heç birini etməmişdi.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, cəsədləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən çox dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün yetərlidir.

Ermənilərin Kəlbəcəri tərk etmələri



Azərbaycanlıların Kəlbəcəri tərk etmələri



Azvision.az


Teqlər: Kəlbəcər   Qarabağ  





Xəbər lenti