Əfqanıstanın yeni səfiri Bakıya gəldi

Əfqanıstanın yeni səfiri Bakıya gəldi
  14 Noyabr 2020    Oxunub:1709
Əfqanıstan İslam Respublikasının Azərbaycana təyin etdiyi yeni səfiri Amanullah Ceyhun Bakıya gəlib.
Azvision.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, səfir bu təyinatadək Əfqanıstan Xarici İşlər Nazirliyinin idarə rəisi vəzifəsində çalışıb.

Bundan başqa, Amanullah Ceyhun Əfqanıstanın Türkiyə və Avstraliyada səfiri olub. O, ölkəsinin Malayziya və Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər: Əfqanıstan   Səfir   AmanullahCeyhun  





Xəbər lenti