Baş Prokurorluqdan
Azvision.az-a verilən məlumata görə, noyabrın 14-də saat 19 radələrində partlamamış̧ silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş̧ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış̧ keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Azvision.az