ANAMA-nın minaya düşən əməkdaşının ayağı amputasiya olundu

ANAMA-nın minaya düşən əməkdaşının ayağı amputasiya olundu
  15 Noyabr 2020    Oxunub:2124
Xəbər verdiyimiz kimi, dünən saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.
ANAMA-nın Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olub, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Mülki vətəndaşların təxliyyə olunması üçün agentliyin minaaxtaranları əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı agentliyin minaaxtaranı, 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində cərrahiyyə əməliyyatı edilib, vəziyyəti sabit ağırdır: “Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır".

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti