Polad Bülbüloğlu geri çağırılıb? - Rəsmi açıqlama

   Polad Bülbüloğlu geri çağırılıb? -    Rəsmi açıqlama
  15 Noyabr 2020    Oxunub:8520
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti