Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istədi

 Ermənistan Kəlbəcərin tam boşaldılması üçün noyabrın 25-dək vaxt istədi
  15 Noyabr 2020    Oxunub:6965
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir. Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-dək vaxt istəyib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Ermənistanın bəyanatda göstərilən rayonları təhvil verməsi işlərinin davam etdiyini bildirən Hikmət Hacıyev qeyd edib: “Bəyanatın tələblərindən biri ermənilərin noyabrın 15-dək Kəlbəcəri təhvil verməsi idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərin təhvil verilməsinin noyabrın 25-dək uzadılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”

Prezidentin köməkçisi əlavə edib ki, noyabrın 20-də Ağdamın, dekabrın 1-dək isə Laçının Azərbaycan silahlı qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Kəlbəcər  





Xəbər lenti