“Ordumuz Kəlbəcərə hərəkət etmək üçün tam hazırdır” - General

 “Ordumuz Kəlbəcərə hərəkət etmək üçün tam hazırdır” -  General
  15 Noyabr 2020    Oxunub:4477
Noyabrın 15-nə planlaşdırılmış və üç ölkənin rəhbərləri tərəfindən imzalanmış bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin və Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış əhalinin çıxarılmasına paralel olaraq, oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri və qüvvələri rayon ərazisinə hərəkət etmək üçün tam hazır vəziyyətdədir.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən Kəlbəcərə bitişik olan və bu günədək Ordumuzun nəzarətindəki ərazilər minalardan təmizlənib.

H.Mahmudov qeyd edib ki, Kəlbəcər rayonunun ərazisinə və əvvəlcədən müəyyənləşdirilmiş post və məntəqələrə hərəkət əsasən iki istiqamətdən - Göygöl və Daşkəsəndən həyata keçiriləcək. Kəlbəcərə daxil olacaq qüvvələrimiz, ilk növbədə, Azərbaycan-Ermənistan dövlət sərhədi və Qarabağ ərazisində sülhməramlılar tərəfindən yaradılmış nəzarət məntəqələri boyunca yerləşdiriləcək.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti