Ceyhun Bayramov və Lavrov 10 noyabr bəyanatını müzakirə etdi

 Ceyhun Bayramov və Lavrov 10 noyabr bəyanatını müzakirə etdi
  15 Noyabr 2020    Oxunub:1969
Noyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Lavrov   Qarabağ   Ceyhun-Bayramov  





Xəbər lenti