Ermənistanda müharibə veteranları etiraza qalxdı - VİDEO

 Ermənistanda müharibə veteranları etiraza qalxdı -  VİDEO
  15 Noyabr 2020    Oxunub:2523
Ermənistanda Qarabağ müharibəsi veteranları "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyanın müdafiəsinə qalxıblar.
Azvision.az xəbər verir ki, məhkəmə binası qarşısında toplaşan erməni veteranlar "Nikol xaindir" və "Tribunal" şüarları səsləndiriblər.

Onlar ağır məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını və cavab verməli olduğunu bildiriblər.



Qeyd edək ki, Qarabağ döyüşlərinin iştirakçısı, "Sisakan" könüllü dəstəsinin komandiri Aşot Minasyan həbs edilib. O, Ermənistan baş nazirinə sui-qəsd hazırlığında və hakimiyyəti ələ keçirməkdə şübhəli bilinir.

Azvision.az



Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti