Bu cinayətlərin qarşısı alınmalıdır! - Azay Quliyev

Bu cinayətlərin qarşısı alınmalıdır! -  Azay Quliyev
  15 Noyabr 2020    Oxunub:2259
Millət vəkili Azay Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ermənilərin soyğunçu hərəkətlərinin qarşısının alınmasına çağırış edib.
Azvision.az xəbər verir ki, bu barədə deputat Tvitter hesabında yazıb.

O bildirib ki, Azərbaycan humanizm göstərərək işğalçıların Kəlbəcərdən çıxması müddətini 10 gün uzatdı. Lakin razılaşmanın icrasına məsul olanlar həmin ərazilərdə ermənilərin meşələri qırmasının və yandırmasının, arxeoloji eksponatların oğurlanmasının və ərazilərin minalanmasının qarşısını almalıdırlar.

Azvision.az




Teqlər: AzayQuliyev  





Xəbər lenti