“Can Azərbaycan torpaqlarını 44 günə geri aldı” - Ərdoğan

  “Can Azərbaycan torpaqlarını 44 günə geri aldı” -    Ərdoğan
  15 Noyabr 2020    Oxunub:2410
"Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"28 ildən sonra azərbaycanlılar öz torpaqlarına geri dönməyə başlayırlar. Bir ürək və bir bilək olduğumuz müddətdə Allahın izni ilə aşa bilməyəcəyimiz çətinlik və maneə yoxdur. Bizi bu günlərə gətirən sevimli şəhidlərimizə Allahdan rəhmət diləyirəm və qəhrəman mücahidlərimizi, qazilərimizi minnətdarlıqla anıram", - deyə Ərdoğan vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Azərbaycan  





Xəbər lenti