Rusiya FHN Qarabağa 30 nəfərlik operativ qrup göndərdi

   Rusiya FHN Qarabağa 30 nəfərlik operativ qrup göndərdi
  16 Noyabr 2020    Oxunub:2000
Rusiya Fövqəladə Hallar Nazirliyinin 30 mütəxəssisdən ibarət əməliyyat qrupu Dağlıq Qarabağa göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev bildirib.

Onun sözlərinə görə, məqsəd orada vəziyyəti qiymətləndirmək və gələcək fəaliyyətləri əlaqələndirməkdir. Eyni zamanda, nazirliyin xilasetmə mərkəzlərində 20 avadanlıqla birlikdə 150 mütəxəssisdən ibarət növbəti qrup hazır vəziyyətə gətirilib. Bu isə ərazidə mobil hospital qurmaq və zərurət yarandığı halda əhaliyə tibbi yardım göstərmək üçündür.

Azvision.az


Teqlər: Rusiya   FHN  





Xəbər lenti