“Paşinyan əclafdır, həbs olunmalıdır” - Erməni şərhçi

  16 Noyabr 2020    Oxunub : 1421
“Paşinyan əclafdır, həbs olunmalıdır” -   Erməni şərhçi
Ermənistanda siyasi vəziyyət getdikcə daha da gərginləşir. Baş nazir Nikol Paşinyanın dünən xalqı hədələyən fikirləri etirazçı kütləvin narazılığına səbəb olub.
Azvision.az xəbər verir ki, bu barədə tanınmış erməni şərhçi Karpis Paşoyan “Facebook” səhifəsində yazıb.

O Paşinyan haqqında deyib:“Bu xəyalpərəst insan Ermənistanı vətəndaş qarşıdurmalarına aparır. O əclafdır. Nikol bu vəzifəsinə görə həbs olunmalıdır".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində xalqı təhdid edən status paylaşıb. "Cəbhə bölgəsindən hərbi qulluqçuların onlarla videosunu izlədim. Uşaqların dərin düşüncəsindən heyrətləndim. Uşaqlar, siz haqlısınız. Divar dibində ulayanlarla bağlı məsələləri tamamilə həll etmək üçün sizi Yerevanda gözləyirəm"- deyən baş nazir etiraz aksiyaları keçirən vətəndaşları aşağılayıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan