Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür - VİDEO

 Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür -  VİDEO
  16 Noyabr 2020    Oxunub:3956
Kəlbəcərdə ermənilərin vandal hərəkətləri davam edir. Noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər oradakı evləri və meşəni yandırmaqla yanaşı, tarixi abidələrə də ziyan vururlar.
Azvision.az xəbər verir ki, işğalçı ölkə nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrındakı zəngləri, xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparır.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra ermənilər 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar.





Azvision.az



Teqlər: Kəlbəcər   Xudavəngmonastrı  





Xəbər lenti