Yevlaxdan Xankəndinə dəmir yolu çəkilə bilər - RƏSMİ
“Hələ layihə yoxdur. Bu, sadəcə fikirdir ki, işğaldan azad olunmuş torpaqlardakı əvvəlki dəmiryolu xətləri bərpa edilsin. Layihənin reallaşması üçün ilk növbədə həmin ərazilərdə həyat təhlükəsizliyi təmin edilməlidir. Ərazilər minalardan təmizlənməlidir. Bundan sonra ərazilərdə vaxtilə mövcud olan Yevlax-Xankəndi və Füzuli-Zəngilan dəmiryolları xətlərinin bərpası nəzərdə tutulur”.
E.Məmmədov bildirib ki, bunun üçün öncə relyef, infrastrukturla tanış olmaq lazımdır: “Orada torpaq yatağı, vaxtilə mövcud olan dəmiryolu xətləri qalıbmı, yoxsa ermənilər söküb aparıb? Bunlar hamısı öyrənilməlidir. Köhnə marşrut bərpa edilə bilərmi, yeni istiqamətdə olacaq? Bütün bunlar təhlil edilməlidir, daha sonra layihə hazırlana bilər”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Xankəndi Xocalı Cəbrayıl Zəngilan Dəmiryolu