Futbolçular Ali Baş Komandana müraciət edib

   Futbolçular Ali Baş Komandana müraciət edib
  16 Noyabr 2020    Oxunub:2147
Azərbaycan futbolçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ediblər.
Azvision.az müraciəti təqdim edir:

"Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə qarşıladıq. Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə və Azərbaycan Ordusuna Azərbaycan futbol ailəsi adından sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident, Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik Qələbə ilə nəticələndi. Belə günlərdə xalq olaraq Sizin ətrafınızda birləşməyimiz gələcək qələbələrimizin qarantıdır.

Azərbaycan xalqı üçün Qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin bundan sonra xoşbəxtliyini yaşayacağıq".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Futbolçu  





Xəbər lenti