Ermənistanın müharibə cinayətləri - Yeni statistika

  Ermənistanın müharibə cinayətləri -    Yeni statistika
  16 Noyabr 2020    Oxunub:2535
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 16-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 94 nəfər həlak olub, 414 nəfər xəsarət alıb.

Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3410 ev, 120 çoxmənzilli yaşayış binası və 512 mülki obyekt yararsız vəziyyətə düşüb.



Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti