Türkiyənin Qarabağa əsgər göndərməsinə Kremldən reaksiya

Türkiyənin Qarabağa əsgər göndərməsinə  Kremldən reaksiya
  16 Noyabr 2020    Oxunub:4626
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Azərbaycana hərbi qüvvə göndərmək təşəbbüsünü Ankaranın daxili işi adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Bu, Türkiyənin daxili işidir", - deyən Peskovun sözlərinə görə, Azərbaycan ərazisində monitorinq mərkəzi olacaq və oraya türk hərbçiləri göndərilməlidir.

Bundan əlavə, mətbuat katibi monitorinq mərkəzinin yaradılmasının Rusiya ilə Türkiyə arasındakı ikitərəfli razılaşmanın “məhsulu” olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə Azərbaycana hərbi qüvvə göndərilməsi ilə bağlı sənəd layihəsi təqdim edilib. Layihəyə əsasən, Türkiyə hərbçiləri ölkə konstitusiyasına müvafiq olaraq 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DmitriPeskov  





Xəbər lenti