“Uşaqlarımızı geri qaytarın!” - İrəvanda əsgər valideynləri aksiya keçirir

  “Uşaqlarımızı geri qaytarın!”  - İrəvanda əsgər valideynləri aksiya keçirir
  16 Noyabr 2020    Oxunub:2949
İkinci Qarabağ döyüşlərində itkin düşmüş erməni hərbi qulluqçuların valideynləri, qohumları Ermənistan müdafiə nazirliyinin binası qarşısına toplaşaraq övladlarının, qardaşlarının və həyat yoldaşlarının harada olduqları sualına cavab tələb ediblər.
Azvision.az xəbər verir ki, hazırda müdafiə nazirliyinin binası yaxınlığında vəziyyət gərgindir. Valideynlər döyüşə gedən övladlarının koordinatlarının verilməsini istəyirlər. Bildirirlər ki, onlar özləri övladlarının ardınca getməyə hazırdırlar.

Eyni zamanda müdafiə nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanıb.

“Uşaqlarımız haradadır?”, “Uşaqlarımızı geri qaytarın!”, “Niyə siyahıların heç birində yoxdurlar”, - deyə onlar etiraz ediblər.

Qarik Mxitaryan adlı aksiya iştirakçısı bildirib ki, oğlu avqust ayında orduya çağırılıb. Təcrübəsi olmadan müharibə başlayanda cəbhə bölgəsinə göndərilib. İndi oğlu haqqında hər hansı məlumat yoxdur, siyahıların heç birində adına rast gəlinməyib.

Digər bir valideyn Artur Kirakosyan hələ də oğlunu tapmadığını deyib. Oktyabrın 10-dan oğlu ilə bağlı xəbərsizdir. Dediyinə görə, təkcə onun oğlu deyil, bütün batalyon yoxa çıxıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti