BNA hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

  16 Noyabr 2020    Oxunub : 772
BNA hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda “yaşıl dalğa” əmri tətbiq edilib. Həmçinin sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb.

"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.





Azvision.az

Teqlər: BNA