Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu - VİDEO

  17 Noyabr 2020    Oxunub : 11498
   Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu -    VİDEO
Polad Rzayev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Tofiq Oğuzun oğludur. Atası kimi mərd, vətənpərvərdir.

O, Aprel döyüşlərinin də iştirakçısı olub. 2013-cü ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində iştirak edib. Polad Rzayev Şuşaya bayraq sancmaq, atasının ruhunu şad etmək üçün əlindən gələni edib. Son döyüşlərdə ermənilərə amansız zərbələr vurub, nəticədə Cəbrayıla bayraq sancanlardan biri kimi tarixə düşüb.
Təəssüflər olsun ki, Polad Rzayev niyyətinə çatmağa az qalmış minaya düşüb, hər iki ayağını itirib. Lakin bütün bunlara baxmayaraq, qürurludur. Onun vətənə qarşı sevgisi tükənməzdir, vətənə xidmət üçün yaşadığını söyləyir.



Azvision.az

Teqlər: Şuşa   Şəhid   Döyüş   Qarabağ