Füzulidə şəhid olan tarix müəllimi

   Füzulidə şəhid olan tarix müəllimi
  17 Noyabr 2020    Oxunub:2327
Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, R.Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplamışdı və Gəncə şəhər 16 nömrəli tam orta məktəbə tarix müəllimi təyin olunmuşdu.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Şəhid   Müəllim  





Xəbər lenti