“Moskva Qarabağda BQXK ilə əməkdaşlıqda maraqlıdır” - Lavrov

“Moskva Qarabağda BQXK ilə əməkdaşlıqda maraqlıdır” -  Lavrov
  17 Noyabr 2020    Oxunub:2026
Rusiya Dağlıq Qarabağda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın inkişafında maraqlıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BQXK-nin prezidenti Peter Maurerlə birgə brifinqdə deyib. O bildirib ki, tərəflərin qarşılıqlı əməkdaşlığı üçün yeni məkan - Dağlıq Qarabağ əlavə olunub:

"Bir həftə əvvəl Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli birgə bəyanatı qəbul olundu. Orada Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir. Biz Beynəlxalq Qırmızı Xaç Komitəsinin orada uzun müddət işlədiyini bilirik. Biz artıq fəal şəkildə inkişaf edən əməkdaşlığımızın gücləndirilməsində maraqlıyıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti