Azərbaycanda “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək
Ölkəmizdə ilk dəfə və onlayn formada keçiriləcək tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulacaq.
Tədbirin əsas məqsədləri sırasında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.
Hakatonda iştirak etmək istəyən şəxslər 30 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: globaldeftech.com
Azvision.az
Teqlər: Azərbaycan Texnologiya Hakaton