Doqquz ayda 95 mindən çox körpə doğulub

Doqquz ayda 95 mindən çox körpə doğulub
  17 Noyabr 2020    Oxunub:1433
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 min 399 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Bu ilin 9 ayında ölkə üzrə 46 min 995 ölüm halı qeydə alınıb. Məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti